Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv etdi

12:40 20-03-2020 25

Konstitusiya Məhkəməsinin Plenumu Ali Məhkəmənin Mülki Kollegiyasının 2019-cu il 4 mart tarixli qərarını ləğv edib. 

HerGun.Az-ın məlumatına görə, bu barədə martın 19-da Konstitusiya Məhkəməsinin Plenumunun iclasında qərar çıxarılıb. 

Belə ki, Ali Məhkəmənin Mülki Kollegiyasının Q.Məmmədovun K.Gülməmmədova, A.Məmmədova, V.Rəhimova qarşı alqı-satqı müqavilələrinin və hüquqların dövlət qeydiyyatının etibarsız hesab edilməsi tələbinə dair iş üzrə qərarı yoxlanılıb. 

Bildirilib ki, qərar Konstitusiyanın 60-cı maddəsinə, Mülki Prosessual Məcəllənin 416-cı, 418.1-ci və 418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilir.

İşə bu qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılacaq. 

Aqşin Kərimov