Ramin Bayramlı: “Pasiyentlər ağırlaşmış halda bizə müraciət edirlər”
18:20 08-04-2020 329
“Gün ərzində təcili yardıma 1700-1800 simptomatik müraciət olur”.
HerGun.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
Onun sözlərinə görə, müraciətlərin 80-90 faizi digər respirator infeksiyalarla əlaqədardır və onlar heç yerə aparılmayıb:
“Bir çox pasiyentlər gecikmiş formada müraciət edirlər. Onlar bizə ağırlaşmış halda müraciət edir. Digər ölkələrin təcrübəsi göstərir ki, antivirus müalicəyə nə qədər erkən başlanılsa, bir o qədər effektiv ola bilər”.
O qeyd edib ki, gecikmələr özünü evdə müalicə etməyə cəhd və karantində qalmamaqla bağlıdır.
İlhamə Əbülfət