Ərəb dünyasının ilk AES-nin operatorlarına lisenziya verildi
04:36 14-07-2019 667
BƏƏ-nin atom enerjisi üzrə Federal Agentliyi əmirliyin müvafiq hazırlığı keçən ilk on beş vətəndaşına nüvə reaktoru operatoru lisenziyasını verib.
“RİA Novosti”nin məlumatına əsasən, bu, Barakda AES-in istismarına lisenziya verilməsi üçün əsas tələblərdən biri idi.
Qeyd edək ki, BƏƏ və bütün ərəb dünyasında ilk AES-in birinci enerji blokunun tikintisi artıq başa çatıb.
Barakda “Nawah Energy” şirkəti tərəfindən tikilən AES 5,6 meqavatt gücə malik dörd enerji blokundan ibarətdir. Stansiyanın tikintisinin 90%-i başa çatıb. AES-in ilk enerji blokunun istismarı isə 2020-ci ilə planlaşdırılır.