Bakıda avtomobil avtobusla toqquşub, ölən var - FOTO

22:20 23-04-2020 403

Axşam saatlarında paytaxtın Sabunçu rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qəza Balaxanı qəsəbəsində qeydə alınıb. “Mercedes” markalı avtomobilin sürücüsü hərəkətdə olarkən idarəetməni itirib. Bu zaman nəqliyyat vasitəsi “Azvirit” şirkətinə məxsus “Mercedes” markalı sərnişin avtobusu ilə toqquşub.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb.

Əraziyə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub, avtotexniki ekspertiza təyin olunub.

Faktla bağlı araşdırma aparılır.

Kamil Əmirli