Qarşıdakı avtomobili ötmək istədi, yoldan çıxıb aşdı: yaralılar var - VİDEO

20:36 14-07-2019 624

Bakı-Ələt yolunda, Qaradağ rayonunda “Lada Priora” markalı avtomobil qəzaya uğrayıb.

HerGun.Az xəbər verir ki, minik maşınının sürücüsü qarşıdakı avtomobili ötmək istəyərkən idarəetməni itirib və nəticədə “Lada” yoldan çıxaraq aşıb.

İlkin məlumata əsasən, bir ailənin üzvü olan beş nəfər müxtəlif bədən xəsarətləri alıb. Onların arasında azyaşlılar da var.