Eyni anda bir küçədə iki fərqli qəza baş verib - VİDEO

03:40 25-04-2020 471

Bakıda eyni anda bir küçədə iki fərqli yol-nəqliyyat hadisəsi baş verib. 

HerGun.Az xəbər verir ki, qəza paytaxtın Nəsimi rayonu Cəlil Məmmədquluzadə və Həsən Əliyev küçələrinin kəsişməsində qeydə alınıb. 

Əvvəlcə “Renault” markalı nəqliyyat vasitəsi qarşıda dayanmış “Toyota” markalı maşına çırpılıb. Zərbənin təsirindən “Toyota” qarşıdakı “Mercedes” markalı nəqliyyat vasitəsinə dəyib. Bu zaman əks yol ilə hərəkətdə olan “Opel” markalı minik maşının sürücüsü hadisəyə baxmaq istəyərkən, idarə etdiyi avtomobili önündəki “Mercedes”ə çırpıb. 

Nəticədə xəsarət alan olmasa da, avtomaşınlara ciddi ziyan dəyib. 

Qəza yerinə Yol Patrul Xidməti əməkdaşları cəlb olunub. Avtoqəzanın dəqiq səbəbləri aparılan araşdırmalardan sonra bəlli olacaq.