Putinə təlim keçən pilot helikopter qəzasında öldü

22:54 14-07-2019 831

Rusiyanın Birləşmiş Yüngül Aviasiya Federasiyasının rəhbəri İqor Nikitin Podmoskovyedəki qəzada ölüb.

“112” Telegram-kanalı xəbər verir ki, “Robinson” helikopterinin bu gün qəzaya uğraması nəticəsində iki nəfər həlak olub, onlardan biri İ.Nikitin olub.

Hazırda qəzanın səbəbləri aradırılır.

İ.Nikitin Rusiya Prezidenti Vladimir Putini deltalyot (uçan aparat - red.) idarə etməyi öyrədib.