Sumqayıtda yanğın: Xəsarət alan var

09:20 25-04-2020 336

Sumqayıt şəhərində ümumi sahəsi 80 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və içərisindəki əşyalar 50 m² sahədə, yaxınlıqda, ümumi sahəsi 110 m² olan çayxananın dam örtüyü 2 m² sahədə yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yanğın zamanı bir nəfər xəsarət alıb. Evin və çayxananın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın söndürülüb.