Yuxarı Qarabağ kanalında 64 yaşlı kişi batdı

15:00 25-04-2020 345

Yuxarı Qarabağ kanalının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində 1956-cı il təvəllüdlü Hacıyev Afiq Teymuraz oğlunun batması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.