Şirvanda üzərinə şkaf düşən uşaq ölüb

15:00 26-04-2020 395

Şirvanda faciəli hadisə baş verib.

APA-nın məlumatına görə, şəhərin Naxçıvan küçəsində yerləşən fərdi yaşayış evində valideyn nəzarətindən yayınan 2016-cı il təvəllüdlü Hüseynova Günay Yusif qızının üzərinə şkaf aşıb.

Kəllə-beyin travması və daxili orqanlarının əzilməsi nəticəsində dörd yaşlı uşaq vəfat edib