Sumqayıtda qaraj yanır - VİDEO

16:00 26-04-2020 401

Sumqayıtda qaraj yanır.

HerGun.Az xəbər verir ki, hadisə şəhərin 5-ci mikrorayonunda baş verib. Binaların qarşındakı qarajlardan birində yanğın baş verib. İlkin məlumatlara görə, yanğın baş verən qarajda mebellər saxlanılırdı.

Fövqaladə Hallar Nazirliyi yanğınla bağlı faktı HerGun.Az-a təsdiq edib. Bildirilib ki, Nazirliyin yanğından mühafizə idarəsinin əməkdaşları əraziyə cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində tədbir görülür.

Könül Cəfərli