Karantinin yumşaldılması təhsilə şamil olunacaq? - RƏSMİ AÇIQLAMA

17:40 27-04-2020 334

“Məhdudlaşdırıcı tədbirlər başlayanda təhsil bu prosesin tətbiq edildiyi ilk sahə oldu. Bu da başadüşüləndir. Xüsusi karantin rejiminin yumşaldılması barədə qərarlar qəbul ediləndə təhsil ilk sırada ola bilməz”.

HerGun.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün keçirdiyi brifinqdə Təhsil naziri Ceyhun Bayramov bildirib.

Təhsil naziri qeyd edib ki, qurum şagirdlərin təhsildən kənarda qalmamasına çalışır:

“Müxtəlif üsullarla şagirdlərin növbəti tədris ilində təhsildən geri qalmasına çalışacağıq”.

İlhamə Əbülfət