Gədəbəydə zəncirvari qəza: yaralılar var - VİDEO

09:27 15-07-2019 793

Gədəbəydə ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. 

HerGun.Az xəbər verir ki, hadisə zamanı “Niva”, “Qazel”, “VAZ 2107” və “VAZ 21015” markalı avtomobillər toqquşub. 

Qəza nəticəsində bir neçə nəfər xəsarət alıb. “Niva” və “VAZ 21015” deformasiyaya uğrayıb. 

Hadisə yerinə təcili tibbi yardım briqadasının həkimləri cəlb olunub. 

Samir İsayev