Azərbaycan yeni vəziyyətə çevik və adekvat reaksiya verir

10:12 05-05-2020 46

Vaqif Abdullayev

Siyasi elmlər doktoru, professor,

YAP Siyasi Şurasının üzvü

 

Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü Azərbaycanın növbəti dəfə etibarlı tərəfdaş ölkə kimi beynəlxalq etimadını təsdiqlədi.

Siyasi nüfuzuna və strukturuna görə, BMT-dən sonra dünyanın 2-ci ən böyük təşkilatı olan Qoşulmama Hərəkatının videokonfransı Azərbaycanın sabitlik və təhlükəsizlik missiyasında qətiyyətli fəal iştirakçı olmasını təsdiq edən faktordur. Azərbaycan Prezidentinin təşəbbüsünü yekdilliklə dəstəkləyən Qoşulmama Hərəkatına üzv 120 dövlətin regional coğrafi təmsilçilik prinsipi əsasında həmrəyliyi dünya problemlərinə müasir qlobal siyasi baxış hesab edilə bilər.

ret
2019-cu il oktyabrın 25-26-da Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə görüşündə Sədrliyi öz üzərinə götürərkən Prezident İlham Əliyev bəyan etmişdi ki, Azərbaycan beynəlxalq arenada üzv ölkələrin maraqlarının müdafiə edilməsi üçün əməli addımlar atacaq, həmrəyliyin gücləndirilməsini və qarşılıqlı dəstəyi rəhbər tutacaqdır. Və Azərbaycan bu qısa dövr ərzində Qoşulmama Hərəkatında Sədrliyinə dair əhatəli Tədbirlər Planı hazırlayarq praktiki fəaliyyətə başlayıb.

Azərbaycan yeni vəziyyətə çevik və adekvat reaksiya verməkdədir. Zirvə görüşü Qoşulmama Hərəkatının sədri Cənab İlham Əliyevin koronavirus pandemiyası şəraitində beynəlxalq həmrəyliyin gücləndirilməsi, dövlətlərin və beynəlxalq təşkilatların səylərinin səfərbər edilməsində təşəbbüskar liderliyini nümayiş etdirir.

BMT, Afrika İttifaqı, Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq təşkilatların rəhbərliyinin İlham Əliyevlə birgə olması respublikamızın multilateralizmin güclənməsinə verdiyi əhəmiyyətli töhfə deməkdir.
Videokonfrans mühüm siyasi hadisə kimi təsdiq edir ki, təşkilata Sədrliyin Azərbaycana verilməsi ilə beynəlxlaq birliyin və siyasi müttəfiqliyin, strateji əməkdaşlığın möhkəmlənməsində dinamiklik və güclü tranzit yaranıbdır.

Ölkəmiz pandemiya şəraitində dövlətlər arasında ticarətin açıq saxlanılması və beynəlxalq yükdaşımaların fasiləsiz olaraq həyata keçirilməsində ön cərgədə dayanıb. Azərbaycan artıq Avrasiyada önəmli nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilibdir. Onlarla ölkəni birləşdirən Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizlərinin yaradılmasında böyük rol oynamışdır. Pandemiya dövründə də Azərbaycan etibarlı tranzit-logistika mərkəzi kimi öz roluna məsuliyyətlə yanaşaraq ərazisi vasitəsilə maneəsiz tranzit daşımalarını təmin edir.
Azərbaycan çoxtərəfli diplomatiyanı təşviq etməklə Qoşulmama Hərəkatının üzv dövlətləri arasında ən çətin anlarda belə əməkdaşlığın gücləndirilməsini əsas meyar kimi beynəlxalq siyasi auditoriyaya təqdim edir. BMT Baş Assambleyasının 74-cü sessiyasının prezidenti Ticani Məhəmməd-Bandenin vurğuladığı kimi Azərbaycan etibarlı tərəfdaş kimi bütün məsələlərdə hər zaman ön cəbhədədir. Koronavirus pandemiayası yayıldığı ilk günlərdən Azərbaycan bu məsələdə beynəlxalq birliklə sıx əməkdaşlıq etdi, ös dəstəyini göstərdi, milli və qlobal həmrəyliyə töhfə verdi. BMT-nin Baş katibi Antonio Quterreşin videomüraciətində vurğulandığı kimi COVID-19-a səmərəli cavab tədbirlərinin hər kəs üçün və hər yerdə əlçatan olmasını və bərabərliyi təmin etməliyik. Bu sırada Azərbaycan xüsusi fəal rol oynayır. Yaxud, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus, Avropa İttifaqının ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Cozef Borel, Afrika İttifaqı Komissiyasının sədri Musa Faki Mahamatın bildirdikləri kimi hazırda çətin günlərdə bəşəriyyətin bu sınaqdan çıxmasında qətiyyətli addımlar atan və hamını bu işə səfərbər edən Qoşulmama Hərəkatının oynadığı rol danılmazdır, fundamentaldır, əhəmiyyətlidir.