Polis sosial məsafəni pozan şəxsi qəddarcasına döydü - VİDEO

13:40 06-05-2020 417

Nyu-Yorkda sosial məsafəni pozan şəxsə qarşı sərt müdaxilə böyük müzakirələrə səbəb olub.

Bununla bağlı videokadrları RT yayıb.

Həmin kadrlardan göründüyü kimi, əlində elektroşoker olan polis zabiti yoldan keçən şəxsi qəddarcasına döyüb.

Sonradan zərərçəkən kürək, qabırğa və sinəsindən aldığı ağır travmalarla xəstəxanaya yerləşdirilib.

O da bildirilir ki, polis zabiti müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılıb, onunla bağlı istintaqa başlanılıb.