Ağstafada “Mercedes” divara çırpıldı: bir ölü, iki yaralı

21:18 15-07-2019 1200

Ağstafada ölümlə nəticələnən yol qəzası baş verib.

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Yuxarı Göycəli kəndinə olub.

“Mercedes” markalı minik avtomobilinin sürcüsü idarəetməni itirərək maşını divara çırpıb.

Hadisə nəticəsində maşında olan Qazax rayon İkinci Şıxlı kənd sakini, 1991-ci il təvəllüdlü Hacıyev İsmət Mahmud oğlu ölüb.

Onun həmyerliləri, 1991-ci il təvəllüdlü Şamxalov Nicat Rafiq oğlu və 1994-cü il təvəllüdlü Məmmədov Fuad Elman oğlu isə yaralanıblar.

Faktla bağlı araşdırma aparılır.

Nazir Quliyev