Koronavirusdan sonra modul tipli xəstəxanalar bu məqsədlə istifadə olunacaq - AÇIQLAMA

18:40 09-05-2020 339

Koronavirus pandemiyası bitdikdən sonra modul tipli xəstəxanaların necə fəaliyyət göstərəcəyi açıqlanıb.

HerGun.Az-ın məlumatına görə, Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib ki, modul tipli xəstəxanalar aktuallığını heç vaxt itirməyəcək.

O qeyd edib ki, ölkəmiz müharibə şəraitində yaşayır:

“Bu xəstəxanaları rahatlıqla digər yerdə quraşdırmaq olar. Koronavirus tam başa çatdıqdan sonra əgər ehtiyac yaranarsa, bu tipli xəstəxanalar gələcəkdə səhra hospitallarına çevrilə bilər”.

R.Bayramlı həmçinin modul tipli xəstəxanaların imkanlarından da danışıb:

“Bu xəstəxanalarda oksigen təchizatı 98 faizdir. Xəstəxanaların digər cəhəti əməliyyat üçün istifadəyə imkan verməsidir”.

İlhamə Əbülfət