Neftçalada bir nəfər Kürdə batdı

19:00 09-05-2020 350

Neftçalada rayonundan bir nəfər çayda batıb.

Bu barədə HerGun.Az-a FHN-dən məlumat verilib.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, “112” qaynar telefon xəttinə, Kür çayının Neftçala rayonu, Qaravəlli kəndi ərazisindən keçən hissəsində 1956-cı il təvəllüdlü Ağayev Böyükağa Mirzəağa oğlunun batması barədə məlumat daxil olub.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Hadisə ilə bağlı əlavə məlumat veriləcək.