Timoşenkodan Zelenskiyə birləşmək təklifi

07:54 16-07-2019 1123

“Batkivşina” partiyasının lideri Yuliya Timoşenko Ukrayna prezidenti Vladimir Zelenskiyə bütün avropayönlü partiyaları birləşdirmək təklifi edib.

Lenta.ru xəbər verir ki, Timoşenko “Xalqın xidmətçisi” partiyasının gələcək parlament seçkilərində hansı yer tutmasından aslı olmayaraq onunla koalisiya yaratmaq fikrindədir.

Keçmiş baş nazir bu koalisiyada yalnız Petr Poroşenkonun partiyasını görmək istəmir. Onun zənnincə “Avropa həmrəyliyi” partiyası yalnız şüarları ilə avropayönümlüdür, əslində isə fəaliyyəti korrupsiya ilə bağlıdır.