Bakıda avtomobil piyadanı vurub öldürdü - FOTO/VİDEO

08:20 18-05-2020 20

Bakının Yasamal rayonu, 20 Yanvar dairəsi yaxınlığında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

HerGun.Az xəbər verir ki, qəza Müzəffər Həsənov küçəsində qeydə alınıb. 

“Jeep” markalı avtomobilin sürücüsü hərəkətdə olarkən anidən qarşısına orta yaşlı piyada kişi çıxıb. Nəticədə, avtomobil piyadanı vurub.

Yaralı aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb.

Əraziyə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub, avtotexniki ekspertiza təyin edilib.

Meyitin üzərinə ilkin baxış keçirilən zaman üzərindən şəxsiyyətini təsdiq edən sənəd aşkarlanmadığından ölən şəxsin kimliyini müəyyən etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Kamil Əmirli