Vətəndaşların təqaüd kartlarından pul oğurlayan şəxslər tutuldu

12:20 20-05-2020 27

Göyçay Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən iki rayon sakini onlara məxsus təqaüd kartlarından ümumilikdə 366 manat pulun internet vasitəsilə naməlum şəxs və ya şəxslər tərəfindən çıxarılaraq oğurlandığını bildiriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş müraciətlər əsasında polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əməlləri törədənin Göyçay şəhər sakini, 27 yaşlı Rafael Kərimli olduğu müəyyən edilib və həmin şəxs saxlanılıb.

RPŞ əməkdaşları tərəfindən keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini L.Əliyevə məxsus təqaüd kartından 100 manat pulu internet vasitəsilə çıxararaq oğurlayan əvvəllər məhkum olunmuş Göyçay rayon sakini Ruslan Qasımov da saxlanılıb.