Ağdam sakini evində çətənə becərirmiş - FOTO

19:54 16-07-2019 27

Ağdamda xüsusi qulluq edilmiş çətənə kolları aşkar edilib.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan HerGun.Az-ın Qarabağ üzrə bölgə müxbirinə verilən məlumata görə, Ağdam RPŞ-nin əməkdaşları tərəfindən əməliyyat keçirilib.

Həyata keçirilmiş tədbirlər nəticəsində çətənə bitkisi yetişdirməkdə şübhəli bilinən İmamqulubəyli qəsəbə sakini Azər Allahverdiyev saxlanılıb.

Onun yaşadığı ünvana baxış keçirilən zaman evin həyətində aqrotexniki qaydada qulluq etdiyi ümumi çəkisi 8 kiloqram 870 qram olan 28 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.