Gəncədə zəncirvari qəza: azyaşlı xəsarət aldı - FOTO

22:18 16-07-2019 1031

Gəncədə zəncirvari qəza olub.

HerGun.Az-ın bölgə müxbirinin məlumatına görə, hadisə şəhərin Şah İsmayıl prospektində baş verib.

Belə ki, 1966-cı il təvəllüdlü Rövşən Zülfüqarovun idarə etdiyi “Mercedes E class”, 1983-cü il təvəllüdlü İlham Əzimovun idarə etdiyi “Mercedes C class” və 1985-ci il təvəllüdlü Ruzi Məmmədovun idarə etdiyi “VAZ 2106” markalı avtomobillər bir-biri ilə toqquşublar.

Hadisə şahidlərinin məlumatına görə, qəzaya səbəb Rövşən Zülfüqarovun dönmə hərəkətini düzgün yerinə yetirməməsi olub.

Qəza nəticəsində İ.Əzimovun avtomobildə olan azyaşlı övladı xəsarət alıb.

Dərhal Gəncə şəhər 2 saylı Uşaq xəstəxanasına çatdırılan körpəyə tibbi yardım göstərilib. Həkimlər onun vəziyyətini qənaətbəxş olaraq qiymətləndiriblər.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Nazir Quliyev