Üç yaşlı uşağı 90 dəqiqə paltaryuyan maşında saxlayan ata həbs olundu

00:20 02-06-2020 26

Yaponiyada üç yaşlı oğlunu 90 dəqiqə ərzində paltaryuyan maşında saxlayan ata həbs olunub.

Bu barədə “HaberGlobal” məlumat yayıb.

Keniçi Hoşino adlı şəxs həyat yoldaşı və beş yaşlı qızı ilə birlikdə evi tərk edib, üç yaşlı oğlunu isə paltaryuyan maşında saxlayıb. Təxminən 90 dəqiqədən sonra evə gələn ata uşağın vəziyyətinin pisləşdiyini görüb və təcili yardım çağırıb.

Ata əvvəlcə uşağın bunu bilərəkdən etdiyini söyləsə də, sonradan əməlini etiraf edib.