Azərbaycanda kənd adı dəyişdirilə bilər

11:20 04-06-2020 413

Şamaxı rayonunda bir kəndin adının dəyişdirilməsi təklif edilir.

HerGun.Az-ın xəbərinə görə, bununla bağlı Milli Məclis yanında Toponimiya Komissiyasına təklif daxil olub.

Şamaxının Saqiyan kəndinin adının dəyişdirilərək, Günəşli qoyulması təklif olunur.

Məsələ Toponimiya Komissiyasının iyunun 8-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Aqşin Kərimov