Eyvanda kabab bişirmək istəyi yanğınla nəticələndi

01:00 07-06-2020 26

Abşeron rayonunda yanğın hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Xırdalan şəhərində yerləşən “AAAF Park” yaşayış kompleksində qeydə alınıb.

Hadisə şahidlərinin sözlərinə görə, ev yiyəsi mənzilin eyvanında kabab bişirmək üçün manqal qoyub. Ani diqqətsizlik yanğının baş verməsinə səbəb olub.

Yanğın bina sakinlərinin köməkliyi ilə söndürülüb.