“Niva” ilə VAZ toqquşdu: yaralı var

00:27 18-07-2019 1190

Xəzər rayonunda iki avtomobil toqquşub, sürücü yaralanıb.

HerGun.Az xəbər verir ki, hadisə Türkan qəsəbəsində baş verib.

“Niva” və “VAZ 21099” markalı minik avtomobillərinin toqquşması nəticəsində “VAZ 21099”-un sürücüsü 1995-ci il təvəllüdlü Əliyev Qasım Bədəl oğlu yaralanıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

Kamil Əmirli

Elşad Mətləboğlu