Sərxoş sürücü polisləri ilanla hədələdi - VİDEO

06:40 13-06-2020 512

Yol polisi tərəfindən saxlanılan sərxoş sürücü pitonun köməyi ilə onlardan qurtulmaq istəyib.

Bununla bağlı “Baza” “Telegram” kanalı kadrlar yayımlayıb.

Hadisə Rusiyanın Yekaterinburq şəhərində qeydə alınıb.

Məlumata görə, gecə vaxtı saxlanılan içkili şəxs ayaq üstə belə dayanacaq halda olmayıb. O, maşından çıxmaqdan imtina edib, polislər onu sükan arxasından zorla uzaqlaşdırmaq istədikdə isə sürücü yanında gəzdirdiyi ilanı əlinə alaraq, hüquq mühafizəçilərini qorxutmağa çalışıb. Ancaq buna nail ola bilməyib.

Qeyd olunur ki, “Kokain” ləqəbli piton sahibi özünə gələnədək müvəqqəti olaraq heyvanlar üçün sığınacağa təhvil verilib.