Bakıda Naxçıvan sakini ağır yaralandı

15:00 13-06-2020 638

Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib. Nəticədə, Naxçıvan Muxtar Respublikasının Şərur rayon sakini, biri dərinə nüfuz edən kəsilmiş-deşilmiş bədən xəsarətləri alıb.

Bu barədə HerGun.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Cinayət hadisəsi iyunun 12-də, saat 00:10 radələrində B.Nuriyev küçəsində törədilib. Xəsarət alan 1982-ci il təvəllüdlü Xoşbəxt Rzayev 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir.

Ciddi bədən xəsarəti yetirməkdə şübhəli bilinən şəxsin kimliyi hələlik müəyyənləşdirilməyib. Bu istiqamətdə tədbirlər davam etdirilir.

Ramella İbrahimxəlilova