Kadırov koronavirusa yoluxmadığını sübut etdi - VİDEO

09:40 22-06-2020 403

Çeçenistan rəhbəri Ramzan Kadırov koronavirusa yoluxmadığını sübut edib.

RT-nin məlumatına görə, bu barədə respublika başçısı özünün “VKontakte” hesabında video yayımlayıb.

Kadırov Şən və Hazırcavablar Klubunun üzvləri ilə birlikdə anticism üçün test verdiyini deyib.

“Mənim testimdə anticism müəyyən edilməyib. Bu, o deməkdir ki, mən koronavirusa yoluxmamışam”.

Xatırladaq ki, may ayının sonlarında mediada Kadırovun Moskvada koronavirusdan müalicə aldığı barədə xəbərlər yayılmışdı.