Britaniya kilsəsində qaradərili İsa Məsihin təsviri nümayiş olunub - FOTO

08:00 02-07-2020 341

Britaniya kafedrallarından birində qaradərili İsa Məsihlə “Sonuncu şam yeməyi” nümayiş olunub.

Bu barədə “Daily Mail” xəbər yayıb.

Leonardo da Vinçinin məşhur “Sonuncu şam yeməyi” freskasının mövzusunun variasiyası olan əsər Britaniyanın Hartfordşir mahalındakı Sent-Olban Kafedralında yerləşdirilib.

Əsər “Qaraların Həyatı Əhəmiyyətlidir” (Black Lives Matter) hərəkatına dəstək kimi nümayiş olunub.