Ağ şəhərdə intihara cəhd

11:45 19-07-2019 896

Bakı Ağ şəhər ərazisində qadın intihara cəhd edir.

HerGun.Az-ın hadisə yerində olan əməkdaşının məlumatına görə, hadisə “Park Çinar” yaşayış kompleksində qeydə alınıb.

Qadının intihara niyə cəhd etdiyi isə hələ bilinmir. 

Fövqəladə Hallar Nazirliyinin xilasedici briqadası əraziyə yollanıb. Hazırda FHN əməkdaşları qadınla danışıqlar aparır.