Aşura günü idi, Hz. Hüseynin şəhid olduğu gün

13:10 21-09-2018 307

Hərgün.az saytının baş redaktoru Xanım Bağırlı

 

Allahın evini bazara çevirmək ən böyük mənəviyyatsızlıqdır

 

Əzizlərim, hər birinizi Xoş gördük. Xeyli vaxtdır ki, ürəyimdən keçənləri sizinlə bölüşmək üçün vaxt və imkan gözləyirdim, nəhayət ki, görüşünüzə gələ bildim.

Əslində, gördüklərim naqisliklərə göz yuma bilməsəm də, lənət şeytana deyibən, səbr edib gözləyirdim...

Mən, "nələrə" göz yumsam belə, əsla dinimizə - inancımıza və Allahın evi bildiyimiz, məscidlərimizdə gördüyüm "arsızlıqa"lara göz yuma bilmərəm.

Əgər xatırlayırsınızsa, keçən il Aşura günü, Mirmöhsüm ağa ziyarətgahında gördüklərimdən yazmışdım.

İndi isə, Sahib Əl Zaman məscidindən gördüklərimi sizlərində diqqətinizə çatdırmaq istəyirəm.

Mən dinimizə çox bağlı bir insanam. Dinimizin buyurduğu bütün əməllərin qorunub - saxlanmasını hər zaman dəstəkləyirəm...

Sizləri yormaq və çox dəyərli vaxtınızı almaq istəməzdim, amma çox xahiş edirəm, mətni sona qədər oxuyun və fikirlərinizi mənimlə bölüşün...

Hər kəsə məlumdur ki, Məhərrəm ayı, ən ağır aylardan biridir. Ağır deyirəm, yəni çox hüzünlü bir aydır. Beləki, Hz.Hüseyn və 72 məsumun yezidlər tərəfindən Şəhid edildiyi bir aydır.

Ta qədim zamanlardan, hətta sovetlər birliyinin tərkibində olduğumuz zaman da, Azərbaycan xalqı Məhərrəm ayına çox böyük sayğı ilə yanaşıb, çox şükürlər olsun Rəbbimizə.

Mən, hələ uşaqlığdan bilirəm ki, Məhərrəm ayında toy-düyün, şənlik kimi tədbirlərin keçirilməsinə yol verilmir.

Hətta, xanımlar, saçlarına boya belə qoymazdılar. Aşura gün isə hər kəs niyyət edib, ehsanlar verərdi. Bu ənənə günümüzə qədər də qorunub saxlanılıb.

Gəldik əsil məqama; dünən Aşura günü idi, hz. Hüseynin şəhid olduğu gün.

Hər il olduğu kimi biz də, Aşura günü Sahib Əl Zaman məscidinə getdik.

Məsciddə bir xeyli xanımlar var idi və biz də onlara qoşulduq.

"Molla" xanım, mərsiyə deyirdi və hərdən özünü "reklam" etməyi də yadından çıxarmırdı, bəli, doğru oxudunuz burad söhbət həqiqətən də"reklam"dan gedir.

Biz də namazımızı bitirdikdən sonra oturub bu xanım "molla"ya qulaq asmaq qərarına gəldik və nələr eşitdik. "Molla" xanım deyirdi ki, "Camaat, mən bu yaxınlarda Kərbəladan gəlmişəm. Ordan, hz. Hüseyinin məzar torpağından, muncuq və sairə... əşyalar gətirmişəm. Bu gətirdiylərimi sizlərə paylayacağam, amma, mən ordan bunları pulnan almışam, sizlərdən pul alıb verəcəm."

Mən də "molla bacıya" yaxınlaşıb gətirdiklərindən mənədə verməsini istədim. "Molla" xanım buyurdu ki, pulunu verin alın, hər kəs ən azından bir əşya üçün 1 manat ödəməlidir.

Mən, yenə də lənət şeytana deyib, səbr etmək qərarına gəldim.

Çünki orada baş verən "proseslərə" müdaxilə etsəydim, həmin xanım "molla"nın bir kəlməsi ilə məni "araqarışdıran" adlandıraraq üstümə gələrdilər...

Məni dəhşətə gətirən isə belə bir gündə özünü "molla" adlandıran birisinin Allahın evində bazar açması idi. Bu nə dərəcədə dinimizə, əxlaqımıza sığır? İnsanlar nə üçün, hansı səbəbdən bu kimi dırnaqarası mollaların hərəkətlərinə göz yumurlar? Əgər Allah kimsəyə o, Qutsal torpaqları gedib görmək nəsib edibsə, ordan gətirilənlərin məsciddə, ələlxüsus da Aşura günündə ehsan kimi paylamaq daha dəyərli olmazdımı?

Mən belə düşünürəm ki, belə dırnaqarası molla bacı və qardaşlar Allahın, Peyğəmbərlərin və İmamların adları altında öz "biznesləri " məşğul olmaqla, həm dinimizə, həm də müqəddəs saydığımız bütün dəyərlərə hörmətsizlik edərək onu qiymətdən salırlar. 

Bu biznesmen "molla" bacı-qarlaşlarımız, bu ilə Kərbaladan gətirdikləri  suyu, torpağı, müncuqları, təsbehləri sataraq gələn il də Hacc" ziyarətlərinə" gedəcəklər. Sonra da onları məclislərdə yuxarı başa keçirib deyəcəklər; "Həci, Kəbleyi orda oturma, burda otur. Ondan yemə, bundan ye!". Heç kim deməyəcə ki, bunlar dindar deyillər, muncuq, təsbeh alverçiləridirlər. Sizcə, bu nə dərəcədə doğrudur?

Mən bir şeyi uşaqlıqdan dərk etmişəm ki, məscid Allahın evidir və oraya gətirilən hər nə varsa, ancaq ehsan kimi verilməlidir.

Allahı adından, imamlarımızın adından ehsan olmalıdır.

Allahın evini bazara çeviri alver etməyi ancaq mənəviyyatsızlığın ən yüksək dərəcəsi kimi qəbul etmək olar. Məncə, bunun başqa adı yoxdur Nə isə mən yazdım və dəyərli oxucularımdan rəylərini gözləyirəm...