Rusiyada orta məktəblərdə ailə dəyərləri dərsi keçirilə bilər

07:20 09-07-2020 50

Rusiya Federasiyasının orta məktəblərində, liseylərdə, gimnaziyalarda və digər təhsil müəssisələrində ailə dəyərləri fənninin tədrisi keçirilə bilər.

“RİA Novosti” xəbər verir ki, müvafiq açıqlama ilə Rusiyanın Uşaq hüquqları üzrə ombudsmanı Anna Kuznetsova çıxış edib.

“Gənclərimiz ailə həyatı qursa da, çoxları onu qoruyub saxlamağa müvəffəq ola bilmirlər. Məktəblərdə yeniyetmələrə ailə dəyərləri tədris olunmalıdır”, - deyə ombudsman bildirib.

A.Kuznetsova əlavə edib ki, ötən il qeydə alınan 900 min nikahdan 600 mini boşanma ilə bitib.

A. Kuznetsova ailə dəyərlərinin yeniyetmələrə məktəbdən aşılanmalı olduğunu söyləyib və cəmiyyətdə böyük ailə dəbinin formalaşdırılmasının vacibliyini vurğulayıb.