Sabunçuda qanlı gecə: 28 yaşlı gənc yaralandı

02:00 20-07-2019 722

Sabunçu rayonunda 28 yaşlı gənc bıçaqlanıb.

HerGun.Az xəbər verir ki, hadisə Pirşağı qəsəbəsində baş verib.

1991-ci il təvəllüdlü Sərxan Məmmədov naməlum şəxs və ya şəxslər tərəfindən çoxsaylı bıçaq xəsarəti alıb.

Döş qəfəsindən 3 bıçaq yarası alan S.Məmmədov ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq təcili cərrahi əməliyyat edilib.

Hadisənin təfərrüatını Sabunçu Rayon Polis İdarəsi araşdırır.

Kamil Əmirli

Elşad Mətləboğlu