Azərbaycanla sərhəddə yerləşən bir sıra erməni kəndlərinin qaz kəmərləri zədələndi
21:40 14-07-2020 398
Azərbaycan-Ermənistan sərhədində baş verən gərginlik nəticəsində Tavuş istiqamətində bir sıra sərhəd kəndlərinin qaz xətləri zədələnib.
“Sputnik” agentliyi “Qazprom Ermənistan” şirkətinin yaydığı bəyanata istinadən xəbər verir ki, hazırda sərhəddə yerləşən Ayqepar, Nerkin, Karmiraxpyur və Çinari kəndlərində qaz təchizatı qismən dayandırılıb.
Şirkətdən bildirilib ki, qaz kəmərlərinin təmiri və qaz təchizatının bərpası vəziyyətin sabitləşməsindən sonra mümkün olacaq.