İsmayıllıda 50 yaşlı kişini elektrik cərəyanı vurdu

03:20 16-07-2020 396

İsmayıllı rayonunda bədbəxt hadisə baş verib.

“Report”un məlumatına görə, hadisə rayonun İvanovka kəndində qeydə alınıb.

1970-ci il təvəllüdlü Mirzəliyev Nazim Əlixan oğlu elektrik dirəyində işləyərkən onu cərəyan vurub. Bu zaman o, dirəkdən yıxılaraq bədən xəsarətləri alıb.

Yaralı əvvəlcə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Daha sonra Bakıda yerləşən xəstəxanaların birinə gətirilib və həkim nəzarətində xəstəxanada müalicə olunur.