Milyonçunun doğranmış cəsədi tikinti torbasından çıxdı

07:20 16-07-2020 480

Nyu-Yorkun Manhetten bölgəsində tikinti torbalarında elektrik mişarı ilə doğranmış cəsəd tapılıb.

Bu barədə “Unilad” nəşri yazıb.

Qətlin baş verdiyi mənzil 33 yaşlı milyonçu Fahim Salehə məxsusdur. O, sərnişin daşınması ilə məşğul olan şirkətin sahibidir. Hüquq-mühafizə orqanları cəsədin məhz ona məxsus olduğunu düşünür.

İstintaq qatilin peşəkar killer olduğunu düşünür. Müşahidə kameraları göstərib ki, mərhumla eyni liftdə əlcək, papaq, eynək və maska taxmış bir şəxs olub.