Hirkan Milli Parkında yanğın oldu

19:00 16-07-2020 356

Hirkan Milli Parkında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Lənkəran rayonunun Təngivan kəndində Hirkan Milli Parkın ərazisində kol-kos və qismən ağaclar bir ha sahədə yanıb. Parkın qalan ərazisi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.