Şəkidə dağlıq ərazidə yanğın

09:20 17-07-2020 358

Şəki rayonunun Daşbulaq kəndində dağlıq ərazidə quru ot və kol-kos 150 hektar sahədə yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub.

Alov söndürülüb.