Uşağın fəryadı qadını faciəvi ölümdən xilas etdi - VİDEO

05:00 18-07-2020 549

Günəş vannası qəbul edən qadın oğlunun sayəsində faciəvi şəkildə ölümdən xilas olub. Belə ki, övladının “ana, qaç” fəryadına cəld reaksiya verən ana sınıb aşan ağacın altında qalmaqdan son anda qaça bilib.

“Daily Mail” bununla bağlı kadrları yayımlayıb.

Məlumata görə, hadisə ABŞ-ın Corciya ştatında qeydə alınıb.

Kadrlardan görünür ki, ağac qadının dincəldiyi şezlonqun üstünə aşır.