Koronavirusdan müalicə olunan Bəhram Bağırzadədən xəbər var - FOTO

09:40 18-07-2020 1614

Bir aydan çox koronavirusdan müalicə alan Bəhram Bağırzadə “Instagram” hesabında paylaşım edib.

HerGun.Az xəbər verir ki, paylaşımda deyilir:

“Hələlik nə bacardımsa, şəklini çəkdim. Hamıya təşəkkürlər!”

Qeyd edək ki, Əməkdar artist Bəhram Bağırzadənin vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.

Xəstənin ECMO cihazına qoşulmasına qərar verilib. İyulun 1-də Bəhram Bağırzadə ECMO cihazından ayrılıb. 

Xatırladaq ki, Bəhram Bağırzadənin müalicəsi Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Poka vse to cto smoq sfotkat !!!! vsem spasibo !!!

A post shared by Bahram Bagirzade (@bahram_bagirzade) on