Düşmən təxribatı nəticəsində Tovuza dəyən zərər hesablanır - Oxu.Az cəbhədən xəbər verir

11:00 18-07-2020 374

Ermənistan silahlı bölmələrinin təxribatı nəticəsində Tovuzun cəbhə xəttində yerləşən kəndlərinə və mülki əhaliyə dəyən zərər hesablanır. 

Bu barədə HerGun.Az-ın cəbhə xəttində olan əməkdaşına Tovuz Rayon İcra Hakimiyyətindən məlumat verilib. 

Qeyd olunub ki, icra hakimiyyətindən mühəndislər ərazilərdə baxış keçirdikdən sonra dəymiş zərərin məbləği aydınlaşacaq.

Qeyd edək ki, iyulun 12-dən etibarən Azərbaycan - Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində şiddətli atışmalar olub. 

Ermənistan silahlı qüvvələri Tovuzun Ağdam, Dondar Quşçu, Əlibəyli, Vahidli kəndlərini artilleriya atəşinə tutublar. 

Daha çox Dondar Quşçu və Ağdam kəndində mülki əhaliyə ziyan dəyib. 

Dondar Quşçuda iki ev tamamilə yararsız hala düşüb.

Aqşin Kərimov