Bakı sakinindən şikayət: Nazirlik hüquq mühafizə orqanlarına müraciət edəcək

22:00 18-07-2020 373

Sosial şəbəkə səhifələrinin birində Bakı şəhəri, Binəqədi rayon sakini Natəvan Xəlilovanın guya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən işə göndəriş verilməsi, bir günlük əmək müqaviləsi bağlanılması və bunun birdəfəlik ödəmə almasını məhdudlaşdırılması məqsədilə edildiyi barədə şikayəti yayılıb. 

Məsələ ƏƏSMN tərəfindən dərhal araşdırılıb. Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbovun sözlərinə görə, əmək müqaviləsi bildirişi altsistemi vasitəsilə aparılan araşdırma zamanı məlum oldu ki, Natəvan Xəlilova ilə fiziki şəxs Həbibov Mehman Cabir oğlu (qeydiyyat ünvanı Quba) arasında 16.05.2020 tarixdə əmək müqaviləsi imzalanıb (məşğulluq təsnifatı – təkər düzəldən) və elə həmin tarixdə də müqaviləyə xitam verilib.

O qeyd edib ki, işəgötürənlə bu barədə söhbətdə bundan xəbərsiz olduğunu, mühasibi tərəfindən qanunsuz hərəkət edildiyini qeyd edib:

“Natəvan Xəlilovaya məsələ ilə bağlı ətraflı məlumat verildi. Nazirlik tərəfindən vətəndaşın adına hər hansı bir iş üçün göndəriş verilmədiyi və əmək müqaviləsi imzalanmadığı izah edilib.

Nazirlik bu məsələyə hüquqi qiymət verilməsi məqsədilə hüquq mühafizə orqanlarına müraciət edəcək”.