Hacıqabulda “Ford” aşdı, yaralılar var

14:54 20-07-2019 835

Hacıqabulda avtomobilin aşması nəticəsində dörd nəfər xəsarət alıb.

HerGun.Az-ın bölgə müxbirinin məlumatına görə, hadisə  rayonun Qubalı-Baloğlan kəndində baş verib. 

“Ford” markalı avtomobilin idarəetməni itirib aşması nəticəsində dörd nəfər xəsarət alıb. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.