Azərbaycanda arvadını döyən ər özünü üçüncü mərtəbədən atıb öldü

01:20 25-07-2020 337

Gəncə sakini, 1936-cı il təvəllüdlü Niftəliyev İbrahim İsa oğlu həyat yoldaşı – 1944-cü il təvəllüdlü Bağırova Fatimə Əsəd qızını döydükdən sonra özünü yaşadığı binanın üçüncü mərtəbəsində atıb. 

APA-nın məlumatına görə, hadisə şəhərin Şah İsmayl Xətai prospektində  yerləşən yaşayış binalarının birində qeydə alınıb.

İ.Niftəliyev hadisə yerində dünyasını dəyişib.

Qadın ağır vəziyyətədə xəstəxanaya yerləşdirilib. Ağır kələ-beyin travması alan qadının vəziyyətinin ağır olduğu bildirilir.

Hadisənin ailə münaqişəsi zəminində baş verildiyi bildirilir. Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.