Bakıda işıqforun qırmızı işığında keçən sürücü qəza törədib - FOTO

01:40 26-07-2020 322

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Füzuli və S.Vurğun küçələrinin kəsişməsində qeydə alınıb.

Elnur Nəsirlinin idarə etdiyi “Toyota” markalı minik avtomobili Füzuli küçəsində hərəkətdə olan zaman S.Vurğun küçəsi ilə hərəkət edən “Changan” markalı nəqliyyat vasitəsi ilə toqquşub. “Toyota”nın sürücüsünün verdiyi məlumata  görə, “Changan”ı idarə edən xanım sürücü işıqforun qırmızı işığında keçib və “Toyota”ya çırpılıb.

Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib.