Sərnişinlərin aviareyslərə gecikməsinin əsas səbəbi AÇIQLANDI

06:40 26-07-2020 385

Adının çəkilməsini istəməyən pilot təyyarə reysinə gecikən sərnişinlərin yol verdikləri əsas səhvi açıqlayıb.

“Daily Express” xəbər verir ki, təyyarəçinin sözlərinə görə, əsas səbəblərdən biri uçuş vaxtına az qalmasına baxmayaraq, sərnişinlərin qulaqlıqdan istifadə edərək, musiqi dinləməsidir.

“Bir çox sərnişinlər musiqi dinlədikləri üçün hava limanında səslənən anonsları eşitmir və reysə gecikirlər. Bu isə son nəticədə bütün planların pozulmasına gətirib çıxarır”, - pilot bildirib.

Mütəxəssislər bildirir ki, orta hesabla hər on səyahət həvəskarından biri ömründə heç olmasa bir dəfə təyyarə reysinə gecikib.