İtkin düşmüş qız 10 gündən sonra tapıldı: Etik səbəblərə görə...

08:40 26-07-2020 314

Rusiyanın Prokopyevsk şəhərində itkin düşmüş 21 yaşlı qız 10 gündən sonra tapılıb.

Yerli mətbuat yazır ki, qız iyulun 15-də naməlum istiqamətdə gedib və evə qayıtmayıb. Hüquq-mühafizə orqanlarının işçiləri və könüllülər onun axtarışlarına başlayıblar.

“Tapıldı, sağdır. Axtarışlarda iştirak edən hamıya təşəkkür edirik”, - sosial şəbəkədə belə bir məlumat paylaşılıb.

Əlavə olunur ki, qızın bu günlər ərzində harada olduğu etik səbəblərə görə açıqlanmır.