Qazaxda dörd nəfər bıçaqlandı

22:40 26-07-2020 529

Qazaxda dörd nəfərin xəsarət alması ilə nəticələnən iki bıçaqlanma hadisəsi olub.

“Qafqazinfo” xəbər verir ki, hadisələrdən biri kafedə baş verib. Belə ki, aralarında yaranan mübahisə davaya çevrilən 1971-ci il təvəllüdlü Qazax rayon sakini Əsliyev Mərdan Mehrəli oğlu qabırğasından, 1987-ci il təvəllüdlü Abbasov Elvin Zeynal oğlu sarğı nahiyyəsindən, 1964-cü il təvəllüdlü Aslanov Şahid İsmayıl oğlu sol bud nahiyyəsindən bıçaqlanıb. Hər üç yaralı xəstəxanaya yerləşdirilib.

Bundan başqa, 1994-cü il təvəllüdlü Şamayeva Türkan Mehdi qızı sol bud nahiyyəsindən bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Qadının sözlərinə görə, o, taksi sürücüsü ilə mübahisə zəminində bıçaqlanıb.

Hər iki fakt üzrə araşdırma aparılır.